Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Seat yeni universal Leon ST-ni göstərdi

2012-vi ildə debüt etmiş beşqapılı hetçbek üçüncü nəsil “Seat Leon” artıq üçqapılı “SC” modifikasiyası hazırlayıb, 2013-cü il Frankfurt avtosalonunda isə univerlsal “Leon ST 2014” debüt edir.

Yeniliyin qabarit uzunluğu 4 540 mm-dək uzanıb, bu da hetçlə (təkər bazasının uzunluğu artmayıb - 636) müqayisədə 277 mm çoxdur. “Seat Leon ST 2014” yük yerinin həcmi 587 litrə bərabərdir, arxa oturacaqların söykənəcəkləri qatlandıqda isə bölmə 1 470 litrədək böyüyür.

Bu eyni platformalı rəqibləri olan “Volkswagen Golf VII Variant” və “Skoda Octavia III Combi”-dən bir az azdır. Maraqlıdır ki, xarici görünüşcə Seat Leon universal 2014 konserndəki modellərlə oxşar hazırlanıb – hər üç modeli arxa dayaq tərəfdə bir az dik düzəlmiş pəncərəaltı xətt birləşdirir.

Texnikaya gəldikdə isə, “Seat Leon ST 2014”-də o hetçbeklə eynidir və özünə 1,2 (86 və 105 a.g.), 1,4 (122 və 140 a.g.) və 1,8 (180 a.g.) litr həcmli TSI kiçik benzin mühərriki daxil edir. Sonuncu FR isimlikli idman versiyasına quraşdırılır.

Alıcılar həmçinin 90 a.g. olan 1,6 litlik dizellə və ya 150 və 184 a.g. faydalı iş əmsalı olan ikilitrlik TDI  ilə işləyən avtomobil seçə bilərlər.

Daha sonra tam ötürücülü universalın meydana gəlməsi də gözlənilir. Yeni “Seat Leon ST 2014”-ün qiyməti barədə heç bir məlumat verilmir.

AUTO.AZ



teqlər:
Seat, Seat Leon, Leon ST 24.07.2013

Şərhlər


AD