Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BC Forged diskləri üzərində dayanan Mercedes CLS63 AMG

Eksklüziv konstruksiyalı təkər disklərinin istehsalı ilə məşğul olan “BC Forged Wheels” şirkəti ən güclü “Mercedes-Benz CLS-Class - CLS63 AMG”-ni “HC053” seriyalı diskləri ilə təchiz etdi.

“Yüklənmiş” dördqapılı kupe həmçinin aşağı salınmış asılqan və yeni qaz buraxma sistemi aldı ki, bu da avtomobilin hərəkət keyfiyyətlərini yaxşılaşdırdı və ona hərəkət zamanı daha yoğun səs verdi. Final ştrix isə eksteryerin bir qədər yenilənməsi oldu və bu da lüks avtomobilə bir qədər idman üslubu və fərdilin verdi.

Təkər arkalarında 21-düymlük enli disklər yerləşdirilmişdir ki, onların ikili milləri qara rəngə, dairəsi isə boz mat rəngə boyanmışdır. “KW” asması qısa yaylar və qabaqdan 255/30, arxadan isə 295/25 ölçüləri olan “Toyo C1S” şinləri hesabına aşağı düşür.

Avtomobilin mirvari-ağ rəngli banı hər iki bamperdə qara əlavələr, tündləşdirilmiş şüşələr, baqaj hissədə karbon spoyler və qara radiator barmaqlığı ilə təzad yaradır. 5,5-litrlik tvin-turbo V8 mühərriki İPE qaz buraxma sistemi almışdır ki, bu onun gücünə təsir etmir, lakin əvəzində səsini daha da yaxşılaşdırır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLS, BC Forged 19.07.2013

Şərhlər


AD