Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald International-dan Lexus LX Black Bison

Yaponiya tüninq-atelyesi “Wald International” lyuks yolsuzluq avtomobili “Lexus LX”-in yeni versiyasına quraşdırmaq üçün Black Bison bodi-kitini yenidən düzəltdi.

Banın yeni asması ilə birgə avtomobil həmçinin eksklüziv təkər diskləri və xarici görünüşün fərdi bəzəyi ilə təchiz olunub. Bundan başqa, tüninq-paketə cipin unikal üslubunu nəzərə çarpdıran müxtəlif dekorativ aksesuarlar daxil edilib. 2013-cü model ilinin “Lexus LX”-i üçün Black Bison yüklənmə proqramı artıq sifariş üçün əlverişlidir.

Birləşdirilmiş işıqdiodlu hərəkət işıqları olan yenidən işlənmiş qabaq bamper, yeni astanaları olan təkət yarımhalqaları genişləndiriciləri və qıraqlarında başqa qazçıxma sistemi boruları yerləşdirilmiş  şəklidəyişmiş arxa bamper yolsuzluq avtomobilinin eksteryerinə aqressivlik verir.

Qara ban, tonlaşdırılmış şüşələr və tündləşdirilmiş fənərlər xromlaşdırılmış dekor elementləri və Black Bison isimlikləri ilə qarışdırıldı. Zavod analoqlarının yerinə gələn 21-düymlük çoxmilli ikirəngli disklər son cizgilər oldu.

Yol örtüyü ilə daha yaxşı bağlanma üçün enli aşağı profilli Yokohama Parada Spec-X şinlərindən istifadə olunur.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LX, Wald International 13.07.2013

Şərhlər


AD