Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda ən sürətli Octavia-nı təqdim etdi

Yeni nəsil “Skoda Octavia RS” haqqında demək olar ki, hər şeyin məlum olduğuna baxmayaraq, modelin rəsmi debütü indi keçirildi. Ailənin tarixindəki ən sürətli “Oktaviyanı” şirkət Qudvuddakı “Sürət Festivalında” təqdim edib.

Yeni nəsil “Skoda Octavia RS” təkcə iki ban növü – liftbek və universal – deyil, həm də iki mühərrik və iki sürət qutusundan birini seçmək imkanı əldə etdi. Benzinlə işləyən adi turbo mühərrikli versiya artıq 220 a.g. sürət verir və 100 km/saata 6,8 saniyəyə sürət yığır. Bu da əvvəlki nəsildən saniyənin onda biri qədər tezdir.

Liftbekin də maksimal sürəti artıb. Artım 6 km/saat təşkil etdi – “Octavia RS” 248 km/saata qədər sürət yığa biləcək. Dizel modifikasiyası bir qədər asta olub –184 a.g. verən dizel mühərriki olan “Octavia RS” ilk yüzü 8,1 saniyəyə yığacaq. Bu versiyanın maksimal sürəti 232 km saata çatır.

Qeyd etmək lazımdır ki, hər iki mühərriki həm 6-pilləli mexaniki sürət qutusu, həm də 6-diapazonlu DSG ilə aqreqatlaşdırmaq olar. Buna baxmayaraq, robotlaşdırılmış sürət qutusu olan modelin dinamik xarakteristikaları hələ ki, elan edilməyib.

Festival çərçivəsində “Skoda” təmsilçiləri bildirdilər ki, satışlarının ciddi sürətdə artmasına nail olmaq fikrindədirlər. 2018-ci il üçün dünyada hər il ən azı 1,5 mln avtomobil satılmalıdır. Bu nəticəni əldə etməyə model sırasının ciddi yenilənməsi kömək etməlidir – yaxın vaxtlarda “Skoda” bazara səkkiz tamamilə yeni və ya əsaslı şəkildə yeniləmiş modellər buraxmağı planlaşdırır.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Octavia 13.07.2013

Şərhlər


AD