Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABT Audi RS6-ya 106 a.g. əlavə etdi

“Volkswagen” və “Audi” avtomobillərinin satışdan sonrakı yüklənməsi üzrə ixtisaslaşan “ABT Sportsline” şirkəti “Audi RS6”-nın mühərrikinin faydalı iş əmsalını artırmaq üçün texniki tüninq paket hazırladı. Alman tüneri güc aqreqatının məhsuldarlığını 100 a.g.-dən çox artırmağı təklif edir ki, bu da avtomobilin dinamikasında dərhal özünü göstərəcək. Üstəlik, “Audi A6”-nın ən güclü versiyasının sahiblərinə kosmetik tüninqin əlavə aksesuarları əlverişli olacaq.

4,0 litrlik tvin-turbo V8 mühərriki elektron idarəetmə blokunun yeni proqram təchizatı və bəzi başqa tamamlamalar əldə etdi. Bu da onun gücünü 560 a.g.-dən 666 a.g.-dək artırmağa və fırlanma anının 700-dən 830 Nm-ə çatdırılmasına imkan verdi. Belə tamalanmaya görə, müştəri ƏDV də daxil olmaqla 6909 avro ödəməlidir. Tüner iki il ərzində və ya 100 000 km gedişə zəmanət verir.

Əlavə olaraq, “Audi RS6”-nı aerodinamik asmanın karbon detalları, arxa görünüş güzgülərinin karbon qoymaları və yeni təkər diskləri ilə bəzəmək olar.

AUTO.AZ



teqlər:
Audi, Audi RS6, Abt 12.07.2013

Şərhlər


AD