Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dynamic Turbo və К3 Projekt-dən Nissan GT-R

“Dynamic Turbo” və “К3 Projekt” şirkətlərinin birləşdirilmiş gücü ilə bizim bu məqalədə sizinlə tanış etmək istədiyimiz sportkar “Nissan GT-R” meydana gəldi.

2010-cu ildə buraxılmış avtomobili eksklüziv təkər diskləri və güc qurğusunun faydalı iş əmsalını artıran və sürət dinamikasını daha təsirli edən yeni çox səmərəli detallarla təchiz etdilər. Sonda onun fərdiliyini nəzərə çarpdırıb, arxaötürücülü kupenin eksteryer bəzəyini təzələdilər.

“Dynamic Turbo” atelyesinin mütəxəssisləri 3,8 litrlik tvin-turbo V6 mühərrikini mükəmməlləşdirilmiş buraxılış sistemi, yeni daunpayp, daha effektiv ucluqlar, Miesterchaft qazçıxma sistemi və GReddy yan keçmə klapanı ilə təchiz ediblər.

Qara bana təzad olaraq “Nissan GT-R” müxtəlif enli, qızılı, 20-düymlük К3 Projekt IND K37diskləri əldə edib. Bu disklər qabaqdan 255/40, arxadan isə 295/35 ölçülü şinlər “geyinib”.

Tonlaşdırılmış şüşələr, asmanın qara detalları, narıncı əyləc supportları və disklərin polad cilalanmış çərçivələri avtomobilin yeni üslubunu tamamladı.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR, Dynamic Turbo, К3 Projekt 09.07.2013

Şərhlər


AD