Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wheels Boutique-dən Mercedes-Benz G55 AMG

Amerika atelyesi “Wheels Boutique”-in yeni fotoseti əsl eksklüziv yolsuzluq avtomobili “Mercedes-Benz G-Class”-ı təqdim etdi. Biz öz oxucularımıza onun haqqında danışmaq istəyirik.

Böyük 24-düymlük ADV1 Wheels disklərindən başqa alman avtomobili yapon tüneri “Wald International”-dan asma, modifikasiya olunmuş asılqan və gücləndirilmiş güc qurğusu əldə etdi.

Yolsuzluq avtomobilinin eksteryeri yeni üç böyük hava çıxışı olan qabaq bamper və işıqdiodlu hərəkət işıqları, təkər yarımhalqaları genişləndiriciləri ilə birgə yan ətəklər, böyük diffuzoru olan yenidən işlənmiş arxa bamper və damın axırındakı spoylerdən ibarət yeni aerodinamik asmanın peyda olmasından sonra daha aqressiv olub.

Bundan başqa, bayırdan karbon kapot və Pirelli Scorpion 305/35 şinlərinə “qablaşdırılmış” qara içəri əyilmiş ADV5 diskləri görmək olar. Həmçinin qeyd etmək lazımdır ki, tamamlanmış cip adi seriya modeli deyil, “G55 AMG”-nin “yüklənmiş” versiyasıdır.

5,4-litrlik kompressorlu V8 mühərrikini K&N hava filtri və amerika tüninq-atelyesi “Renntech” tərəfindən hazırlanan buraxılış kollektoru, şkiv və elektron idarəetmə blokunun proqram təchizatı ilə təmin ediblər.

AUTO.AZ



Şərhlər


AD