Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nismo hetçbek Nissan March-ı yüklədi

“Nissan” şirkəti, hazırlanması ilə istehsalçının zavod atelyesi “Nismo”-nun məşğul olduğu, hetçbek “March”-ın (Avropada – “Micra”) “yüklənmiş” versiyasını təqdim etdi. Hot-hetçi aerodinamik asma ilə təchiz ediblər. Bu asma Super GT seriyalı dairəvi yarışda iştirak zamanı yapon firması tərəfindən əldə olunan məlumatların əsasında düzəldilib.

“March”-ın “yüklənmiş” modifikasiyası hələlik ancaq Yaponiyada təqdim olunub, lakin iki variantda – “Nismo” və ” Nismo S”. Sonuncu 116 a.g. və 156 Nm fırlanma anı verən tamamlanmış 1,5-litrlik benzin mühərriki ilə təchiz olunub. Bu komplektasiyada hot-hetç ancaq beşpilləli mexaniki sürət qutusu ilə təqdim olunacaq. Dinamik xarakteristikalar dəqiqləşdirilmir.

“Nismo” versiyası 79 a.g. və 108 Nm fırlanma anı verən 1,2-litrlik benzin mühərriki ilə təchiz olunub. Mühərrik yalnız XTronic variatoru ilə uyğunlaşır. “Nissan” təmsilçilərinin fikrincə, hetçbekin bu modifikasiyası avtomobilin qənaətlılıyini saxlamaq, onun aerodinamik göstəricilərini və xarici görünüşünü yaxşılaşdırmaq istəyən insanlara ünvanlanır.

“Yüklənmiş” “Marçın” hər iki modifikasiyası yenidən yüklənmiş asılqan, Bridgestone Potenza şinli 16-düymlük təkər diskləri və sükan idarəetməsinin başqa köklənmələrini əldə etdi. “Nismo S” versiyası əlavə olaraq yeni buraxılış sistemi, daha güclü əyləc mexanizmləri, həmçinin banın sərtliyini artırmaq üçün istifadə olunan bir sıra elementlərlə təchiz olunub.

Yaponiyada “March Nismo”-nun qiyməti 1 milyon 540 min 350 (15 min 670 dollar),  “March Nismo S”-in qiyməti isə 1 milyon 770 min 300 yendir (18 min dollar). Modelin Avropada peyda olub olmayacağı barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan March, Nismo 29.06.2013

Şərhlər


AD