Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes CLS550 D2Forged Wheels disklərində

Eksklüziv dizaynlı təkər diskləri istehsal edən Amerika firması “D2Forged Wheels” mühtəşəm dördqapılı kupe “Mercedes-Benz CLS550” üçün yeni təkərlər seçib.

Avtomobilin ən güclü AMG olmayan versiyası onun idman üslubunu və eksklüzivliyini nəzərə çarpdıraraq, xarici görkəmini qəti surətdə dəyişən böyük 20-düymlük lehimli disklər əldə etdi.

Dəbli disklərlə birlikdə avtomobil tamamlanmış asılqan əldə etdi ki, bu da onu idman “qaməti” ilə təchiz etdi. “Mercedes-Benz CLS550”-nin Amerika modifikasiyası beş cüt ikiləşmiş milləri olan müxtəlif enli “D2Forged FMS08” disklərində gedir.

Gümüşü disklər gümüşü əyləc supportları ilə yaxşı uyğunlaşır və parlaq xromlaşdırılmış çərçivəyə malikdir. Qabaq oxda 20х9 düym, arxa oxda isə 20х11 düym ölçülü disklər quraşdırılıb.

Lyuks avtmobilin yol işığı zolağı qısaldılmış yaylar və aşağıprofilli Toyo şinlərinin quraşdırılması hesabına aşağı düşüb.

Şəkildə göstərilən nümayiş variantı həmçinin tonlaşdırılmış şüşələr, qabaq və arxa bamperdə tamamlayıcı qara aksentlər əldə edib.

AUTO.AZ



Şərhlər


AD