Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mazda 3: ilk rəsmi şəkillər

Yapon yeniliyinin təqdimat mərasimi bu günə nəzərdə tutulub, lakin tədbirdən bir neçə saat əvvəl rəsmi şəkillər və texniki xarakteristikalar Şəbəkəyə düşdü.

Nəsil dəyişikliyi zamanı dizayn daha emosional və effektli oldu. Bundan başqa, şəkillərdə yeni avadanlıqdan bəziləri görünür.

Sürücünün gözü qarşısında – proyeksiya dispeyi var ki, onda cihazların göstəriciləri və naviqasiya sisteminin məlumatı görünür. Hetçbekin qabaritləri – 4460 х 1795 х 1450 mm-dir.

Yəni uzunluq əvvəlki kimi qalıb, eni bir az artıb, hündürlük isə - bir neçə santimetr azalıb. Təkər bazası 60 mm artıb 2700 mm olub. Yük yeri demək olar ki, dəyişilməyib: onun həcmi 350 litrdir ki, bu da əvvəlkindən cəmi 10 litr çoxdur.

Baza mühərriki rolunu 100 a.g. verən 1,5 litrlik SkyActiv ailəsinin aqreqatı oynayacaq. Lakin onunla avtomobilin temperamenti idman keyfiyyətləri ilə fərqlənməyəcək: bu modifikasiya 100 km/saata 10, 8 saniyəyə sürətlənəcək.

“Daha da qaynar” istəyənlər üçün 120 və 165 a.g. verən 2 litrlik mühərriklər təklif olunacaq. Onlarla dinamika daha yaxşı olacaq: müvafiq olaraq 8,9 və 8,2 saniyə (məlumatlar – “mexanika” ilə olan modifikasiyalar üçündür).

AUTO.AZ



teqlər:
Mazda, Mazda3 28.06.2013

Şərhlər


AD