Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nismo elektromobil Nissan Leaf-i tamamladı

“Nissan” şirkətinin “saray” tüninq-bölməsi bu dəfə elektrokar “Leaf” üçün – yeni tamalanma paketi təqdim etdi. Hetçbekin təkcə daha aqressiv olan xarici görünüşü deyil, həm də hərəkət hissəsi və idarəedici elektronikası da modernləşməyə məruz qaldı.

“Nissan Leaf”-i sifarişçinin istəyi ilə plastikdən və ya karbondan hazırlanan aerodinamik paketlə təchiz etdilər. Onun tərkibinə bamperin qoymaları və astanalar, həmçinin yük yerinin qapağına quraşdırılmış kiçik spoyler daxildir. Əlavə olaraq “Leaf”-i yan güzgülərə karbon qoymalar və banın dayaqları ilə təchiz etmək olar. Bundan başqa, hetçbek yeni 18-düymlük təkər diskləri də əldə etdi.

“Nismo”-da yeni yayları və amortizatorları olan idman asılqanını da yaddan çıxartmadılar. Onun sayəsində “Leaf”-in klirensi 30 mm azalıb. Tünerlərin dediyinə görə, o hetçbeki “yaxşılaşdırılmış sabitlik və idarəetmə” ilə təmin edir. Güc qurğusunu elektron idarəetmə bloku həmçinin tamamlanıb. Lakin “Nismo”-da ətraflı texniki xarakteristikaları gizli saxlamağa üstünlük verdilər. Mühəndislər hetçbekin daha dinamik oldu, həmçinin hərəkət ehtiyatını artırmağa imkan verən  alternativ – qənaətli rejim əldə etdi.

Bütün tamamlanma paketi yapon bazarında artıq alıcılar üçün əlverişlidir. Bununla belə, hamısını bir yerdə almaq vacib deyil. Məsələn, aerodınamik komponentin qiyməti 543 900 yendən başlayır – bu 6000 dollardan bir qədər azdır.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Leaf, Nismo 28.06.2013

Şərhlər


AD