Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

D2Forged-dan Lamborghini Murcielago Roadster

“D2Forged” şirkəti hal-hazırda buraxılmayan superkar “Lamborghini Murcielago LP 640 Roadster”-in xarici görünüşünü yeniləmək üçün öz variantını təqdim etdi.

Mirvari kimi ağ rodsteri onun orijinal dizaynını əla tamamlayan və bütün eksteryerinəekslüzivlik verən yeni təkər diskləri ilə təmin etdilər. Avtomobilin texniki içliyinin heç bir tamamlanmaya məruz qalmadığı təəccüblü deyil.

Çünki, o artıq seriya modeli kimi ideal məhsuldarlıq göstəricilərinə malikdir. Açıq İtaliya superkarı “Lamborghini Murcielago” müxtəlif ölçülü 11-milli lehimli “D2Forged CV11” disklərində gəzir.

Əyilmiş disklərin millərinin içəri hissəsi və çərçivəsi xromla örtülüb, bayırdan isə millər gümüşü rəngə boyanıb. Yan tərəfdəki qara D2Forged yapışqanları, analoji təkər boltları və banın qara rəngə boyanmış əlavə hissələri effektli təzad təşkil edir.

Qabaqda 19х8,5 düymlük, arxada isə 20х13,5 düymlük disklər quraşdırılıb. Disklər qabaq oxda 235/35, arxa oxda isə daha geniş ölçülü çox məhsuldar Toyo Proxes T1R şinləri “geyinib”.

AUTO.AZ



Şərhlər


AD