Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti Veyron daha güclü və baha olacaq

Bugatti” şirkəti gələn ilin əvvəlində superkar “Veyron”-nun ən ekstremal son modifikasiyasını təqdim etmək niyyətindədir. Yeniliyin əsasını 1200 a.g. verən mühərriki olan “Super Sport” versiyası təşki edəcək.

Kupenin yeni versiyası böyüdülmüş iş həcmi olan W16 mühərriki ilə təchiz edilmişdir. Bu mühərrikin gücü təqribən 1520 a.g.-dür. Bu barədə öz mənbələrinə istinad edərək Autocar nəşriyyatı xəbər verir.

Keçən ilin oktyabr ayında “Bugatti”-nin yerindən “yüzə” 1,8 saniyəyə sürət yığan 1600 a.g. olan “Veyron” hazırlayacağı xəbər verilmişdi. Güman edilirdi ki, bu model sentyabrda Frankfurt motorşousunda debüt edəcək.

Modifikasiya olunmuş mühərrikdən əlavə yenilik 1838 kq-lıq Super Sport kupesi ilə müqayisədə təqribən 200 kq yüngülləşdiriləcək. Buna karbondan düzəldilmiş detalların daha geniş istifadəsi sayəsində nail olunacaq.

Şirkətin mühəndisləri həmçinin ənənəvi DYM-ni saxlamaqla,“Ferrari LaFerrari” və ya “McLaren P1”-dəki kimi  KERS sisteminin funkiyasını icra edən əlavə elektrik mühərrikindən də imtina etmək qərarına gəliblər.

Ən ekstremal “Veyronun” maksimal sürəti təqribən 450 km/saat olacaq. Bu “Super Sport”-un nəticəsi ilə müqayisədə 19 km çoxdur. Bununla belə, yeniliyin dinamik göstəriciləri şinlərin imkanları ilə məhdudlaşacaq.

“Veyron”-nun xüsusi seriyasının qiymətinin 7,7 milyon dollar təşkil edəcəyi ehtimal olunur.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron 25.06.2013

Şərhlər


AD