Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren superkar MP4-12C-ni daha güclü edəcək

Jalopnik şəbəkə nəşriyyatının britaniya istehsalçısının təmsilçilərinə istinadən verdiyi məlumata görə gələn il superkar “McLaren MP4-12C” daha güclü olacaq.

“Maklarenin” səkkizsilindrli 3.8 mühərriki güc qurğusunun tərkibinə məhz bu aqreqat daxil olan hibrid superkar “P1” üçün hazırlanmış bir sıra dəyişikliklər əldə edəcək. Məhz nə inkişaf etdirilir və yenilənmiş MP4-12C ailəsinin gücünün nə qədər olacağı dəqiqləşdirilmir.

Hal-hazırda “McLaren MP4-12C”-in mühərriki 625 a.g. verir. Son dəfə bu aqreqatın faydalı iş əmsalı keçən ilin yayında (25 a.g.) artırılmışdı. O zaman şirkətdə mühərriki idarəetmə proqramının pulsuz “apqreydini” keçirirdilər.

Hibrid superkar “P1”-də tvin-turbo “səkkizlik” 3.8 737 a.g. və 727 NM fırlanma anı verir. Həmçinin güc qurğusunun tərkibinə 179 a.g. olan elektrik mühərriki, batareya dəsti və iki muftası olan yeddipilləli robotlaşdrılmış sürət qutusu daxildir. “P1” “yüzü” 2,5 saniyəyə, “McLaren MP4-12C” isə 3 saniyəyə yığır.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C 24.06.2013

Şərhlər


AD