Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner BMW M6 üçün asma hazırladı

„Vorsteiner“ atelyesi „BMW M6“-nın yeni nəsli üçün təzə tüninq-paketini rəsmi təqdim etdi. Bu tüninq-paket üzərində iş hələ bu ilin əvvəlində başlanıb.

Satışdan sonrakı tamamlanma paketi idman ban asması və böyük ölçülü yeni təkər disklərindən ibarətdir. Aerodinamik asma „BMW M6“-nın hər üç ban növündə (kupe, kabriolet və dördqapılı kupe GranCoupe) quraşdırıla bilər.

Qabaq oxda təzyiq gücünü artıran aşağı karbon önlüyün meydana gəlməsi ilə ştatda olan qabaq bamper dəyişilib. Astanalara dar yan ətəklər birləşdirilib, yük yerinin qapağına isə ensiz spoyler qoyulub.

Arxa bamperə diffuzor birləşdirilib ki, bu da dörd qabırğasının hesabına arxa oxda qalxma gücünü aşağı salır. Aşağı profilli şinlərə “bürünmüş” 21-düymlük lehimli alüminium VSE-003 təkər diskləri sportkarın eksklüzivliyini nəzərə çarpdırır.

Nümunəvi avtomobil ağ bana təzad olaraq, qara asma detalları və dam, tonlaşdırılmış şüşələr, həmçinin BMW emblemlərinin yerinə Vorsteiner loqotipi əldə edəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, Vorsteiner 20.06.2013

Şərhlər


AD