Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan ən sürətli superkarını hazırlayır

“Nismo” atelyesi superkar “Nissan GT-R” üçün tamamlanma variantı hazırladı. “Saray” tünerlərinin müdaxiləsi sayəsində “GT-R”-in təkcə güclü və sürətli olacağı deyil, həm də yaxşı görsənəcəyi söz verilib. Məhz bu modifikasiya “Nissan GT-R”-in Nürnburqrinqdə vurduğu rekordu qırmalıdır.

“Nissan” təmsilçiləri konkret məlumat vermədilər, lakin qeyd etdilər ki, “GT–R Nismo”-nun mühərrikinin gücü 570 a.g.-nü keçməlidir. İndi superkarın mühərriki “cəmi” 550 a.g. verir. Bundan başqa, “GT-R” yaxşılaşdırılmış idarəetmə də əldə edəcək ki, “Nismo”-da buna necə nail olacaqları barədə məlumat yoxdur.

Lakin istehsalçı superkarın “Nismo”-dan olan variantının “Şimal ilməsini” zavod versiyasından daha tez keçməsinə ümid edir. Bu modelin Nürnburqrinq trassında rekordu 7 dəqiqə və 18 saniyə təşkil edir. Qeyd etmək lazımdır ki, əvvəl “Nissan”-da superkarı yeni sürət qutusu – indiki 6-diapazonlu “avtomatın” yerinə 7-pilləli “robot”-la təchiz etməyə söz vermişdilər. Bu da modelin dinamikasını yaxşılaşdırmalıdır.

“Nissan” və “Nismo”-nun “GT-R”-in ən sürətli variantını nə zaman təqdim etməyi planlaşdırdıqları məlum deyil. İlkin məlumatlara görə, təqdimat bu ilin noyabrında Tokio avtosalonunda baş verəcək.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR, Nismo 20.06.2013

Şərhlər


AD