Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kompaktven Fiat 500L yeddinəfərlik oldu

“Fiat” şirkəti 500 ailəsini tamamlayan yeni modeli rəsmi təqdim etdi. Bəzi ölkələrdə “Living” adlanacaq kompaktven “Fiat 500L”-in yeni modifikasiyası yeddi sərnişin oturacağı ilə təchiz olunub. Bununla belə, istehsalçı yeniliyin kompakt modelin bütün yaxşı cəhətlərini saxladığını iddia edir.

“Fiat 500L Living”-i artıq seqmentdə ən kiçik kompaktven adlandırırlar: onun uzunluğu cəmi 4,3 m, eni 1,7 m-dir. Lakin istehsalçılar adi “500L”-lə müqayisədə 210 mm uzadılmış modelin 638 litrə çatan yük bölməsinin təsiriedici həcminə nail oldular. İki əlavə sərnişin oturacağı məhz yük yerində yerləşir ki, onları lazım olduqda qatlayıb yerə qoymaq olar.

“Fiat 500L Living” bazara çıxdığı zaman dörd mühərrik əldə edəcək. Onlardan ikisi benzin mühərrikidir – 95 a.g. olan 1,4 litr həcmli “atmosferlik” və 105 a.g. olan 0,9 litrlik TwinAir turbo mühərriki. Onlardan başqa, kompaktven üçün MultiJet II ailəsindən iki dizel mühərriki – 85 a.g. olan 1,3 litrlik və 105 a.g. olan 1,6 litrlik aqreqat əlverişli olacaq.

“Fiat”-da iddia edirlər ki, yeni kompaktven ailənin birinci avtmobili kimi mövqe tutacaq. İstehsalçının ifadəsinə görə, o özündə şəhər avtomobili yığcamlığını, 500 ailəsinin firma üslubunu və universalın geniş salonunu birləşdirir. Yeniliyin təqdimat mərasimi iyulda ailənin altıncı ildönümünə həsr olunmuş xüsusi tədbirdə keçiriləcək. “Fiat 500L Living”-i konsernin serb zavodunda istehsal etmək planlaşdırılır.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500, 500 20.06.2013

Şərhlər


AD