Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Möhtəşəm rodsteri universala çevirdilər

Lakin “Mercedes”-in belə gözlənilməz metamorfozasını “SL” modelləri hələ yalnız kağızda yaşayıblar.

“Coupetorino 2013” adlı layihə İtaliyan tələbə-dizanerləri kollektivi tərəfindən yaradılıb. Bununla belə, bu ideyanı həyata keçirmək müəlliflərin qarşılarına qoyduqları şərtlərdən biri idi.

Bu şərt layihənin təşkilatçı-şirkəti – İtaliyan dizayn-atelyesi “Studio Torino” – tərəfindən qoyulmuşdu. Texniki suallar üzrə isə tələbələrə alman markasının dizayn-bölmələrindən birinin rəhbəri Ştefan Kel şəxsən konsultasiya verib.

Həmçinin layihənin müəlliflərindən konveyerə qoyulacaq təqdirdə avtomobilin qiymətini qadağan edəcək qərarlardan çəkinməyi xahiş ediblər.

İşin nəticəsi yüksək vəzifəli “Mercedes” dizaynerlərinə təqdim olunan 1:4 miqyasda “Coupetorino” dizayn-maketinin yaradılması oldu.

Lakin işə bu qədər diqqətli yanaşmaya baxmayaraq, nə “Mercedes”-də, nə də “Studio Torino”-da universalı seriya istehsalına buraxmaq fikrinə ciddi baxmırlar. Təşkilatçıların dediyinə görə, layihə yalnız maarifləndirici məqsədlə həyata keçirilib.

Qeyd etmək lazımdır ki, “Studio Torino”-nun hesabında artıq bir neçə analoji qeyri-adi layihələr var – məsələn, “Maserati Quattroporte”-nin əsasında yaradılan “Cinqueporte” – “beşqapılı” adlandırılan universal.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz SL 19.06.2013

Şərhlər


AD