Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ADV.1 Wheels disklərində Mercedes G63 AMG

Əsas ixtisası eksklüziv dizaynlı təkər disklərinin istehsalı olan “ADV.1 Wheels” Amerika şirkəti “yüklənmiş” alman yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG” üçün yeni disk dəsti təqdim etdi.

Şəkildə təqdim olunan avtomobil seriya modelindən təkcə yeni təkərlərlə deyil, həm də parlaq xarici bəzək və gücləndirilmiş mühərriklə fərqlənir. Beləliklə, cip öz orijinal üslubunu saxlamağa və bununla belə maksimum fərdilik əldə etməyə müvəffəq oldu.

“Mercedes G63 AMG”-nin qeyri-adi qırmızı banı qara aksentlərlə qarışdırılıb. Onların arasında radiator barmaqlığı, arxa görünüş güzgülərinin korpusları, yan moldinqlər, qabaq qanadlarda ventilyasiya dəliklərinin qoymaları, ayaq yerləri və s. var.

Bundan başqa, avtomobil tonlaşdırılmış şüşələr, qara isimliklər və yük yerinin qapısındakı ehtiyat təkərinin qara qapağına malikdir. Toyo yolsuzluq şinlərinə “bürünmüş” ADV7.1 disklərinin qara millərinin arxasında əyləc sisteminin qırmızı supportları görünür.

Sonda 544 a.g. verən 5,5-litrlik tvin-turbo V8 mühərrikini Renntech texniki tüninq paketi ilə təchiz edəcəklər.

AUTO.AZ



Şərhlər


AD