Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Seat 34 milyona hibrid Leon düzəltdi

Seat” şirkəti yeni nəsil hetçbek “Leon”-nun əsasında düzəldilmiş konseptual hibrid “Verde”-ni (ispan dilindən tərcüməsi “yaşıl”) təqdim etdi. Yeniliyin düzəldilməsinə dövlət və şəxsi fondlardan 34 milyon avro sərf olunub.

“Seat”-in təmsilçilərinin sözlərinə görə, hibrid “İspaniyada elektrik avtomobillərinin irəliləməsi üçün yaradılmış dördillik tədqiqat layihəsinin kulminasiyasıdır”.

Hetçbek 122 a.g. olan 1,4 TSI benzin mühərriki, 102 a.g. verən elektrik mühərriki və məişət elektrik şəbəkəsindən doldurula bilən 8,8 kilovatt-saat tutumlu batareya dəsti ilə təchiz olunub.

Hibrid “Leon”-u yalnız elektrik dartı quvvəsi ilə 50 km gedə bilər, onun yekun hərəkət ehtiyatı isə 816 km-dir. Yeniliyin orta yanacaq sərfi – yüz kilometr gedişə 1,6 litrdir. CO2 tullantılarının səviyyəsi isə - bir kilometrə 36 qrammdır.

“Yaşıl Leon” “Driving Cycle Predictor” adlı sistem əldə edib. Bu sistem avtomobilin hərəkət marşrutunu yadda saxlayır və təhlil edir, sonra isə yanacağın istifadəsini optimallaşdıraraq güc qurğusunun işini bu məlumatlarla düzəldir. Bundan başqa, konsept üçün mobil proqram hazırlanıb. Bu proqram batareyaların dolma səviyyəsinə və hərəkət ehtiyatına uzaqdan nəzarət etməyə imkan verir.

AUTO.AZ



teqlər:
Seat, Seat Leon 14.06.2013

Şərhlər


AD