Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Atelye G-Power BMW M3 GTS SK II-ni yenilədi

“G-Power” şirkəti trek kupesi “BMW M3 GTS”-in bazasına əsaslanan modifikasiya olunmuş sportkar “SK II GTS “Sporty Drive””-ı təqdim etdi. “BMW M3”-ün ən güclü seriya versiyasının ilk köklənmə proqramı iki il bundan əvvəl işlənib hazırlanıb və güc qurğusunun bir qədər az təsirli məhsuldarlığı ilə fərqlənirdi.

Güclü mühərrikdən əlavə tuner banın aerodinamik asmasının yeni detallarını, böyük təkərlər və daha da böyük əyləclər təqdim edir. Yuxarıda sadalananların hamısı artıq tam tüninq-paket və ya ayrı-ayrılıqda sifariş oluna bilər.

Bir cüt mexaniki sıxıcı kompressor, həmçinin 4,4 litrlik səkkizsilindrli mühərrikin başqa tamamlanmaları onun maksimal buraxılış gücünü 7800 d/dəqiqədə 650 a.g.-nə, fırlanma anını isə 3900 d/dəqiqədə 630 Nm-ə artırmağa imkan verdi. 200 a.g. və 190 Nm əlavə edən ASA T1-523 kompressorları, elektron idarəetmə blokunun yeni softu, modifikasiya olunmuş giriş və çıxış sistemləri, sıfır müqavimətinin hava filtri və daha effektiv yanacaq nasosu sportkupenin sahiblərinə 23 500 avroya başa gələcək.

100 km/saata sürətlənməyə sportkara 4,1 saniyə, 200 km/saata – 11,8 saniyə tələb olunur. Bununla belə, onun maksima hərəkət sürəti 323 km/saat təşkil edir. Avtomobilin tamamlanmasında növbəti addım 396-millimetrlik diskləri və 4-porşenli supportları olan karbon-keramik əyləc sistemi olur ki, bu da “BMW M3 GTS”-in ştatda olan əyləclərindən iki dəfə yüngüldür.

Yeni əyləcli qabaq asılqanın təchizatı 14 460 avro, arxa asılqanınkı isə - 11 778 avro olacaq. Əlavə 7 437 avro ödəməklə idman kupesini qabaqdan 255/30, arxadan isə 295/25 ölçülü çox məhsuldar Michelin şinlərinə bürünmüş 20-düymlük SILVERSTONE CS diskləri ilə təchiz etmək olar.

“G-Power” atelyesi həmçinin öz müştərilərinə bir sıra xarici və daxili aksesuarlar təqdim edəcək. Sportkarın eksteryerini yarış bolidləri tərzdə elan yazıları görünən unikal bəzəklə fərdiləşdirmək mümkün olacaq. İnteryerin bəzəyi üçün isə G-Power yazısı tikilmiş yer xalıları və başqa elementlər istifadə olunur.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, G-Power 11.06.2013

Şərhlər


AD