Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ADV.1 Wheels-də Toyota GT 86-nı bəzədilər

Çox vaxt yüngül satışdan sonrakı köklənmə seriya avtomobilinə təkcə maksimum fərdilik verməyə deyil, həm də ona can verməyə imkan verir.

Axırınci xəbərimizin qəhrəmanı – Triski təxəllüslü sahibi olan yapon sportkarı “Toyota GT 86” ilə məhz bu baş verdi. Arxa ötürücülü kupenin yapon versiyasını yeni təkərlər, idman üslubunda köklənmiş asılqan və gücləndirilmiş güc aqreqatı ilə təchiz ediblər.

Avtomobilin parlaq qırmızı banına qara aksentlər, tonlaşdırılmış şüşələr və qabaq oxda 19х8,5, arxa oxda isə 19х10 ölçülü, müxtəlif enli boz ADV.1 5.01 diskləri təzad təşkil edir. Aşağı profilli Michelin Sport şinlərinin və tənzimlənən KW V3+ koyloverlərin meydana gəlməsi ilə yol işığı zolağının hündürlüyü aşağı salınıb.

2,0 litrlik oppozitli dördsilindrli mühərrikin məhsuldarlığını artırmaq üçün HKS Racing Suction giriş sistemi və HKS Legamax Premium Exhaust tam çıxış sistemi quraşdırılıb. Bundan başqa, Simota yağ filtri quraşdırılıb, TOP 1 sintetik yağı doldurulub və TRD mühərrikinin işə salma düyməsi təchiz edilib.

AUTO.AZ



teqlər:
Toyota, Toyota GT86, ADV.1 Wheels 11.06.2013

Şərhlər


AD