Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ReStyle It atelyesindən xromlu Nissan GT-R

Haqqında danışılacaq unikal sportkar “Nissan GT-R” Kanadanın ən böyük şəhəri Torontonun sakininin fərdi sifarişi ilə “ReStyle It” tüninq-atelyesinin mütəxəssisləri tərəfindən tamamlanıb.

Dünyanın ən sürətli dördnəfərlik sportkarı xromlu təbəqəyə bükülüb, həmçinin digər kosmetik və texniki yeniliklər əldə edib. Xromlaşdırılmış “Nissan GT-R”-in əlavə fərdi xüsusiyyətləri aqressiv bodi-kit, dəbli disklər və idman qazçıxma borusu oldu.

Sportkupenin banı qabaq bamperin aşağı hissəsindəki karbon önlüyün, yan ətəklərin, arxa bamperin diffuzorunun və yük yerinin damında yerləşən böyük palçıqqoruyucusunun meydana gəlməsi ilə dəyişilib.

Bundan başqa avtomobili özündə iri 21-düymlük boz çoxmilli ADV1 Wheels diskləri və ventilyasiyası olan daha enli qanadlarla təmin etdilər.

Xromlu bana təzad yaratmaq üçün sportkar tünd xarici hissələr və əyləc sisteminin narıncı supportlarını əldə etdi. 3,8 litrlik V6 tvin-turbo mühərrikinə gəldikdə isə, “ReStyle It” işçiləri dördborulu titan qazçıxma sistemi quraşdırıb, onu nəfəsinin yüngülləşməsinə şərait yaratdılar.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR, ReStyle It 07.06.2013

Şərhlər


AD