Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda yüklənmiş Octavia RS-i elan etdi

İyulun 10-da britaniya Gudvudunda keçirilən sürət Festivalında “Skoda” şirkəti “qaynar” “Octavia RS”-in dünya premyerasını keçirəcək. Belə ki, tarixdəki ən sürətli seriya “Oktaviyası” təkcə benzinlə işləyən deyil, həm də dizellə işləyən mühərriklərlə təchiz olunacaq. Ən güclü versiyanın “yüzə” sürətlənməsinə isə 6,8 saniyə sərf olunacaq.

Yeni “RS” versiyası 220 a.g. verən 2-litrlik benzin turbomühərrik əldə edib ki, bu da əvvəlki “ER-ES”-dən 20 a.g. çoxdur. Belə “Octavia” əsas 6-pilləli “mexanika” ilə 100 km/saata 6,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 248 km/saata çatır ki, bu da əvvəlki modeldən 6 km/saat çoxdur. Həm də ilk dəfə olaraq “yüklənmiş” “Octavia” turbodizellə təchiz olunacaq. Ağır yanacaqla işləyən ikilitrlik mühərrik 184 a.g. verir və 6-pilləli mexaniki sürət qutusu ilə avtomobili 100 km-ə 8,1 sanyəyə sürətləndirir. Onun maksimal sürəti isə 232 km/saatdır. Baza mexaniki sürət qutusundan başqa, hər iki mühərrik üçün əlavə ödəməyə iki muftalı 6-pilləli DSG “robotu” təklif edəcəklər. Baza komplektasiyasına daxil olan start-stop sistemi və tormozlama enerjisi rekuperatoru yanacağa qənaət üçün işləyir.

Qabaqdan McPherson sxemli və arxadan isə çoxlingli asılqan da, əlbəttə ki, dəyişib. Ona görə də ban əvvəlki “Oktaviyadan” 12 mm aşağıda yerləşir. Asılqanla birgə elektromexaniki gücləndiricili sükan idarəetməsi də tamamlanıb və daha iti olub. Bundan başqa, təkərlərarası XDS differensialın blokirovkasının elektron imitasiyası da baza komplektasiyasına daxildir.

O təkərlərin yerində fırlanması və döndərmə çatışmazlığı ilə mübarizə aparacaq. “Octavia RS”-in xarici görünüşü iki hava çıxışı olan orijinal qabaq bamper, arxa spoyler və diffuzorlu arxa bamper və üfüqi qazçıxma borusu ilə tanınır. Başqa xarici fərqlərdən – aralarından qırmızı əyləc supportları görünən yeni 17,18 və 19 düymlük ikitonlu təkər disklərini göstərmək olar. Salonda –idman oturacaqları və 3-milli sükan, pedallarda paslanmayan poladdan qoymalar, dəyişilmiş cihaz şkalası, çəkicin və sürət qutusunun qolunun dəri bəzəyi yerləşib.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Octavia 07.06.2013

Şərhlər


AD