Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pagani ən ekstremal Zonda göstərdi

“Pagani” markasının hər il keçirilən doqquzuncu görüşündə italiya istehsalçısı trek superkarı “Zonda Revolucion”-u – modelin bütün mövcud versiyalarından ən ekstremalını – təqdim etdi. Kupe artıq sifariş üçün əlverişlidir. Onun qiyməti 2,2 mln avrodur. “Zonda Revolucion”-nun tirajı dəqiqləşdirilmir, lakin əvvəllər qeyd olunmuşdu ki, beş nüsxədən ibarətdir və onlardan dördü artıq satılıb.

Kupeni 800 a.g. olan və 730 Nm fırlanma anı verən səkkizsilindrli V12 mühərriki ilə təchiz ediblər. Mühərrik 750 a.g. verən və altıpilləli sekvental sürət qutusu ilə uyğunlaşan aqreqat Zonda R-in gücləndirilmiş versiyasıdır. “Revolucion”-un dinamik xüsusiyyətləri dəqiqləşdirilmir. R əlavəli “Zonda” yerindən 100 km/saata 2,7 saniyəyə sürət yığır, onun maksimal sürəti isə 350 km/saatdır. “Zonda Revolucion” və “Zonda R”-in kütləsi eynidir – 1070 kiloqram. Yeniliyi on iki iş rejimi olan Traction Control sistemi ilə təchiz ediblər.

Həmçinin trek superkarı müəyyən sürücülük stilinə köklənən blokirovka əleyhinə əyləc sistemi əldə etdi. Analoqları “Brembo” şirkəti tərəfindən Formula-1 komandalarına verilən əyləc diskləri də modernləşdirilib. Onlar əsasən kütlənin 15%-nə qənaət etməyə imkan verir və standart analoqları ilə müqayisədə aşağı iş diapazonuna malikdir. Həmçinin disklərdə əvvəlki effektivlik saxlanılmaqla dağılmazlıq dörd dəfə artıb. Superkar “Zonda Revolucion” “Zonda R”-dən fərqli aerodinamik paket əldə edib. Beləliklə, modeldə banın qabaq hissəsində və mühərrik bölməsinin qapağında yeni elementlər peyda olub. Bundan başqa, kupeni aktiv arxa qanadla (DRS) təchiz ediblər – Formula-1 bolidlərində olduğu kimi.

Onun vəziyyəti sükandakı düymə ilə dəyişə bilər. Bununla belə spoyleri yalnız yan sürətlənmə 0,8g çatırsa, sürət isə 100 km/saatdırsa istifadə etmək olar. DRS sistemini avtomobilin elektronikası özü idarə edə bilər. Buna görə sürücüyə aktivasiya düyməsinə basıb, onu iki saniyə saxlamaq lazımdır. Ən ekstremal “Zonda”-nın ilk variantını “Pagani” şirkəti keçən ilin yayında britaniya Qudvudunda sürət Festifalında təqdim etdi. O model “R Evo” adlanırdı və bəzi məlumatlara görə 760 a.g. verən V12 mühərriki ilə təchiz olunmuşdu.

AUTO.AZ



teqlər:
Pagani, Pagani Zonda 05.06.2013

Şərhlər


AD