Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet Camaro SS Vossen Wheels disklərində

Eksklüziv dizaynlı təkər disklərinin Amerika istesalçısı “Vossen Wheels” şirkəti CV5 disklərində unikal sportkar “Chevrolet Camaro”-nu təqdim etdi. Bu masl karın xarici görünüşünə fərdilik vermək üçün onun sahibi təkcə təkərlərin quraşdırılması ilə kifayətlənmədi, həmçinin köklənməni eksteryerin fərdiləşməsi və texniki qovşaqlaırn yüngül tamamlanması ilə davam etdirdi.

Nəticədə idman kupesi daha da nəzərə çarpan hərəkət keyfiyyəti ilə uyğunlaşan parlaq xarici görünüş əldə etdi. Parlaq-qırmızı kupe “Chevrolet Camaro SS” yüksək keyfiyyətli Nitto Invo şinlərinə “bürünmüş” 20-düymlük gümüşü disklərdə gəzir.

Əyləc sisteminin qara supportları, tonlaşdırılmış şüşələr və tündləşdirilmmiş arxa fənərlər banın əsas rənginə təzad təşkil edir. Bundan başqa, avtomobil qabaq şüşədə dekorativ qırmızı yapışqan və qara “Chevrolet” emblemləri əldə etdi.

Asılqanın aşağı salınması üçün AccuAir pnevmatik modul istifadə olunub. Sonda avtomobilin yük yerini qırmızı ağacla bəzədilər, orada quraşdırılmış pnevmatik asılqnın bənövşəyi ballonunu kəllələrlə işlədilər.

AUTO.AZ



Şərhlər


AD