Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi А7-nin hidrogen variantını hazırlayır

Audi”-də təsdiq etdilər ki, hidrgen avtomobillləri bazarına çıxmağa hazırlaşırlar. Bu bazarda hal-hazırda bir neçə avtomobil var ki, onlar da əsasən prototiplərlə iştirak edirlər. Hidrogen mühərrikli “А7”-nin artıq cari ilin avqust ayında sınaqdan keçirilməsi gözlənilir.

“Audi”-nin təkmilləşdirmə departamentinin rəhbəri Volfqanq Dürhyamer britaniyanın Autocar nəşriyyatına bildirib ki, şirkət hidrogenlə işləyən yanacaq elementləri olan “A7”-nin yaradılması üzərində işləyir.

Yeniliyin alman markasının tron-ailəsinin bir hissəsi olacağı gözlənilir. Xatırladaq ki, bu xətt elektromobil kimi yaradılmışdı, lakin hal-hazırda onda qazla işləyən yanacaqlı mühərrik də var.

Yanacaq elementləri elektrik və istiliyi yanacaq və hidrogen arasındakı elektro-kimyəvi reaksiyanın hesabına hazırlayır. Avtomobil sənayesində yanacaq kimi hidrogendən istifadə olunur, oksigen isə ətraf mühitdən daxil olur. Belə güc qurğusunun yeganə “qazçıxma borusu” sudur.

Elementlərlə təkmilləşmış elektrik, batareyaların yüklənməsi və ya bilavasitə elektrik mühərrikinin (və ya mühərriklərinin) təchizatı üçün daxil olur ki, bu da avtomobili hərəkətə gətirir. Reaksiya zamanı əldə olunan istilik avtomobilin bəzi sistemləri tərəfindən istifadə oluna bilər.

“Audi” artıq birinci dəfə deyil ki, “hidrogen niyyəti” haqqında məlumat verir. 2009-cu ildə şirkət prototip “Q5 HFC”-i sınaqdan keçirdi. Ona hidrogenli iki yüksək təzyiq silindri və iki elektrik mühərriki olan müvafiq güc qurğusu qoydular.

Hal-hazırda hidrogen avtomobilləri bazarının əsas əyləci onların istifadəsi üçün infrastrukturun tamamilə yoxluğudur.

AUTO.AZ



teqlər:
Audi, Audi A7 04.06.2013

Şərhlər


AD