Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ən güclü Aston Martin-i rəsmi təqdim etdilər

Aston Martin” şirkəti yeniləmiş kupe “V12 Vantage S”-in şəkillərini təqdim etdi və onun haqqında məlumatı verdi. Yenilik məhdud tirajla buraxılan “One-77”-ni saymasaq markanın ümumi istifadə yollarında hərəkət üçün nəzərdə tutulan ən sürətli seria modeli oldu.

“Aston Martin V12 Vantage S”-in kapotunun altında yeni 6,0-litrlik on iki silindrli AM28 mühərriki yerləşib. Aqreqat 573 a.g. və 620 Nm pik fırlanma anı verməyə qadirdir və 7-pilləli robotlaşdırılmış Sportshift III AMT transmissiiyası ilə birgə işləyir.

Yeniliyin kütləsi 166 kq-dır ki, bu əvvəlki “V12 Vantage”-dan 1 kq yüngüldür. Avtomobil 330 km/saat maksimal sürət yığa bilir, yerindən “yüzü” yığmaq vaxtı hələ bildirilmir. Lakin, bunun 4 saniyədən az olacağı gözlənilir.

Bundan başqa, “Aston Martin V12 Vantage S” üç rejimdə (Normal, Sport və Track) işləyə bilən adaptiv Bilstein asılqanı, Servotronic sükan idarəetməsi, karbon-keramik diskləri olan “One-77”-dəki ilə ümumi Brembo əyləc sistemi, yeni buraxılış sistemi,  həmçinin tamamilə söndürülməsi mümkün olan ikipilləli Continental sabitləşdirmə sistemi əldə edib.

Avtomobilin xarici görünüşü əvvəlki “V12 Vantage”-dan konsept “CC100 Speedster”-in üslubunda radiator barmaqlığı ilə fərqlənir. “Aston Martin V12 Vantage”-ın salonuna dəri və alkantaradan yüngül karbon oturacaqlar quraşdırırlar. Bundan başqa, seçim kimi kömür plastik kütləsindən qoymalar və oturacaqlara qara bəzəklər əlverişli olacaq.

“Aston Martin V12 Vantage S”-in ictimai debütü 2013-cü ilin iyulunda Qudvudda keçirilən sürət Festalında olacaq. Kupenin rəsmi qiyməti bildirilmir, lakin modelin başlanğıc qiymətləri minimum 200 min dollar olacaq.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin V12 Vantage 30.05.2013

Şərhlər


AD