Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW X6 M-i daha da mükəmməl etdilər

2010-cu ildə Cenevrə avtosalonunda “Hamann” tüninq-atelyesi “Hamann Tycoon Evo M” şəxsi adı almış krossover “BMW X6 M”-in ekstremal versiyasnı təqdim etdi. 670 a.g. verən avtomobil sportkar temperamentinə malik idi – ilk yüzə 4,2 saniyəyə sürət yığır, maksimum sürəti isə 300 km/saatı keçir. Bununla “Hamann” mühəndisləri sakitləşə bilərdilər, lakin onlar “Hamann Tycoon II” adı almış daha mükəmməl avtomobil düzəltmək qərarına gəldilər.

Lakin bilinmir niyə, çünki atalar sözündə deyildiyi kimi, xeyirdən xeyir güdməzlər. Asmaya gəldikdə isə, o demək olar ki, dəyişilməyib – eyni karbon bamperlər, kapot, astanalar, genişləndirilmiş təkər yarımhalqaları və arxada iki spoyler. Işıqdiodlu gün işığı “bığları” öz yerini dəyişib, ban isə əvvəlki, radikal qara rəngin yerinə iki tonlu rəng əldə edib.

Avtomobil əvvəlki kimi 23-düymlük lehimli təkər diskləri və 315/25 ölçülü aşağı profilli rezinlə təchiz olunur. İnteryer də yüngül tamamlanmaya məruz qaldı. Avtomobil artıq yeni idman sükanı, alüminium pedallar, 320 km/saata qədər nişanlanmış spidometr, tavanın dəyişilmiş işığı ilə təmin olunub. Bununla da karbondan qoymaların sayı artıb.

Mühərrikə gəldikdə, o əvvəlki kimi 670 a.g. verir ki, bu da baza “BMW X6 M”-dən 115 a.g. çoxdur. “Hamann” motorçuları fırlanma anını 850 Nm “Hamann Tycoon Evo M” və 680 Nm “BMW X6 M”-dən fərqli olaraq, 950 Nm-ə qədər artırdılar. Almanlar avtomobilin dinamik xüsusiyyətlərini səsləndirmirlər, lakin çətin ki, əlavə 100 Nm onları çox dəyişdirib, əgər ümumiyyətlə dəyişibsə.

Həm də artıq tamamlanmış avtombilin daha da “tamamlanmasının” heç bir mənası yoxdur. Çünki, “Hamann Tycoon II” öz sələfindən ikirəngli ban rəngi, bir az dəyişilmiş interyer, 100 Nm artırılmış fırlanma anı və yəqin ki, hələ məlum olmayan qiyməti ilə fərqlənir.

AUTO.AZ



teqlər:
BMW, BMW X6, Hamann 30.05.2013

Şərhlər


AD