Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wheelsandmore-dan Lamborghini Aventador Roadster

Alman tüninq atelyesi “Wheelsandmore” texniki içliyi və xarici naxışı yeniləyib superkar “Lamborghini Aventador LP700-4 Roadster”-i tamamladı. Tünerlər güc qurğusunu modernləşdirib yeni təkər diskləri quraşdırdılar, banın alternativ karbon hissələrini düzəltdilər və rodsterin banını vinil örtüklə yapışdırdılar. Tüninq-paketin bütün komponentləri artıq sifariş üçün hazırdır, onların qiyməti ilə isə “Wheelsandmore” şirkətinin rəsmi saytında tanış olmaq olar.

Baza avtomobilində 700 a.g. və 690 Nm verən 6,5-litrlik atmosferli V8 mühərrikinin faydalı iş əmsalını artırmaq istəyənlər üçün alman tüninq atelyesi üçmərhələli köklənmə təqdim etməyə hazırdır. Bu kökənmənin sayəsində məhsuldarlığı maksimum 792 a.g. və 780 Nm-ə çatdırmaq olar. Gücü və fırlanma anını maksimum artırmaq üçün 15 990 avro ödəmək lazım gələcək. Bu məbləğə müştəri mühərrikin elektron idarəetmə blokunun yeni softunu və səsi tənzimləmə klapanı olan yeni qazçıxma sistemi əldə edir.

Qabaqda 20х9,5, arxada isə 21х12,5 düym ölçülü 6Sporz ² təkər diskləri avtomobilin eksteryerinə fərdilik verdi. Disklər üç rəng variantında əlverişli olacaq və qabaq oxda 255/30, arxa oxda isə 355/25 “Pirelli P Zero” şinləri “geyinəcək”. Avtomobilin banını tutqun plyonka və karbon aksentlər (qabaq splitter, arxa görünüş güzgülərinin korpusları, hava çıxışlarının çərçivələri və arxa diffuzor) bəzəyəcək.

AUTO.AZ



Şərhlər


AD