Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“Niva” modernləşmədən sonra konveyerə qayıtdı

Bazar ertəsi mayın 27-də “AvtoVaz” yolsuzluq avtomobili “Lada 4x4”-ün boya xəttinin yenidən təchiz edilməsi üçün dayandırılmış istehsalını bərpa etdi. Bu barədə istehsalçının korporativ nəşriyyatına istinadən “АвтоСреда” nəşriyyatı xəbər verir.

Əvvəllər klassik modellərdə istifadə olunan anod üsulunun istifadəsinə baxmayaraq, artıq bütün “Lada 4x4”-lər katod üsulu ilə rənglənəcək. Yeni minanın tərkibinə xüsusi bəndlər daxil olunacaq ki, bunlar da banın korroziv möhkəmliyini artıracaq.

Bundan başqa, metallaşdırılmış minalar da meydana gələcək. Bu həftə “AvtoVaz”-ın konveyerindən çıxan ilk “Нивa”-lar “qar kimi ağ” rəngdə olacaq.

Banın örtüyünün yaxşılaşdırılması “Lada 4x4”-ün modernləşdirilməsinin ilk addımlarından biri olacaq. 2014-cü ilədək avtomobilin interyeri yendən işlənəcək: qapıda mexaninzmlərin yaxşılaşdırılması baş verəcək, interyerin tökmə döşəmələri və səs izolyasiyası təkmilləşdiriləcək. Ən çətin işlər üçüncü mərhələyə planlaşdırılıb. Bu zaman qabaq asılqanda mexanika qovşaqları, əyləc sistemi və transmissiya dəyişəcək. Bundan başqa, “Niva”-nın komplektasiyaları da dəyişəcək: əsasən iki komplektasiya olacaq - ABS ilə və onsuz. Artıq gələn il “standart” və “lyuks” komplektasiyaları peyda olacaq.

AUTO.AZ



teqlər:
Lada, Lada Niva 29.05.2013

Şərhlər


AD