Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault yarış konsept-karı Twin'Run-ı göstərdi

Renault” 71-ci Qran Pri Monakoda konsept “Twin'Run”-ı təqdim etdi. Yeni konsept-kar əfsanəvi “R5 Turbo” və “Clio V6”-nın xatirəsini yad edir. “Twin'Run” – boruşəkilli şassısı olan əsl yarış avtomobilidir. Avtomobil mürəkkəb materiallardan ibarət ban və Megane Trophy-dən 320 a.g. olan V6 əldə etdi. Yeniliyin ölçüləri onun daha da kompakt alınması barədə fikir söyləməyə imkan verir. Onun uzunluğu 3 680 mm, eni isə xarici güzgülərlə birgə 1 970 mm-dir. Qabaq təkərlərin izləri 1 522 mm, arxa təkərlərin izləri 1 497 mm-dir. Yanacaq bakının həcmi 40 litr, cilovlanmış kütlə isə cəmi 950 kq-dır.

Avtomobilin mühərriki 320 a.g. olan 3,5 litrlikdir. Güc aqreqatının maksimal fırlanma anı 380 Nm-dir. Bundan başqa, arxa ötürücülü yarış konsepti 6-pilləli sekvental sürət qutusu əldə etdi. Bu balacanın “yüzə” sürətlənməsi cəmi 4,5 saniyə çəkir. Konseptin maksimal sürəti isə - 250 km/saatdır. Şüşə lifi ilə armaturlaşdırılmış poliesterdən hazırlanmış avtomobilin banı yarışlardan çox şey götürdü. Buna karbon qabaq qanad, dam, arxa ventilyasıya dəlikləri və təkər yarımhalqaları daxildir.

“Twin’Run” demək olar ki, bütün yarış avtomobillərinin vacib dəsti – boruşəkilli şassi və Sabelt təhlükəsizlik kəmərləri olan Sparco oturacaqlarına malikdir. “Twin’Run”-da sükan dairəsinin arxasında yerləşən 5,5 düymlük LCD-ekran XAP-dan istifadə olunur. Displey avtomobilin sürətini, ötürücünü, mühərrikin dövrlərinin sayını, həmçinin yanacağın, muftanın və yağın təzyiqini göstərir. Ortasında əqrəbləri olan iki qırmızı təzyiq sensoru yağın və suyun temperaturunu göstərir, “R5 Turbo”-da da belə icra görmək olar.

Onun ekiz qardaşı “Twin’Z” kimi “Twin’Run” da oynaq xarakterli müasir şəhər avtomobili variantı kimi mövqe tutur. Hər iki avtomobil “Renault”-nun insanın həyatının müxtəlif mərhələlərində dizayner strateqiyasının beşinci fazasını əks etdirir. Konsept-kar “Twin’Run” “Renault”-nun gələcək şəhər avtomobili üslubu haqqında təsəvvür yaradır.

AUTO.AZ



teqlər:
Renault, Renault Twin'Run 29.05.2013

Şərhlər


AD