Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M6 ailəsinə yeni tamamlanma paketi çatacaq

Bu günlərdə təqdimat mərasimi keçirilən yenilənmiş sedan “BMW M5”-dən başqa, Competition Package adlı yaxşılaşdırma paketi “yüklənmiş” altıncı seriya versiyalarına da çatdı.

Onu kupe və kabriolet “BMW M6” və həmçinin dördqapılı “BMW M6 Gran Coupe” üçün sifariş etmək olar. Altıncı seriya nümayəndələri gücləndirmə sayəsində 0-dan 100 km/saata artıq 0,1 saniyə tez sürətlənirlər.

Xatırladaq ki, tamamlanma paketi əldə etməklə alıcılar onsuz da 560-güclü mühərrikə 15.a.g. əlavə alacaqlar. Bundan başqa, mükəmməlləşdirmə dəsti olan avtomobili yenidən yüklənmiş asılqan, başqa amortizatorlar və yaylar, yeni aktiv M-differensialı idarəetmə bloku, həmçinin başqa cür proqramlaşdırılmış M Dynamic Mode rejimi fərqləndirir.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6 23.05.2013

Şərhlər


AD