Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ərəblər Nissan GT-R-ə karbon superkara çevirdilər

Səudiyyə Ərəbistanın “Team Galag” şirkəti Avropa ralli yürüşü “Gumball 3000” üçün 750-güclü superkar – TG1-i təqdim edib. Yenilik “Nissan GT-R”-in bazasında yaradılıb və karbon ban panellərinə malikdir. Onun qabarit uzunluğu 4728 mm, eni 2086 mm, hündürlüyü isə 1335 mm-dir. Superkarın çəkisi 1630 kq-dır.

Mühərrik hissəsində 3,8-litrlik, 750 a.g. olan 6-silindirli tvin-turbo yerləşdirilmişdir. Kupe 100 km/saata 2,68 saniyəyə, 160 km/saata isə 5,58 saniyəyə sürətlənə bilir. “TG1”-in maksimal sürəti 340 km/saatdır.

Bununla yanaşı “Team Galag” şirkəti “Gumball 3000” yarışına daha bir ixtirasını – Betmənin filmlərində olan son avtomobili xatırladan avtomobili də gətirmişdir. Yenilik 500-güclü 8-silindirli “Chevrolet” mühərriki ilə təchiz olunub. “Gumball 3000” yarışı şənbə günü – may ayının 18-də - Kopenhagendə başlayıb.

Bu yarış təkcə idman deyil, həm də sonunda bahalı gecə klublarında ziyafətlə bitən əyləncəli yarış xarakteri daşıyır. Təqribən 120 iştirakçı bir çox avropa şəhərlərini keçməklə 4,8 min kilometr məsafə qət edəcəklər. Yarışda iştirak etmək üçün 50000 dollar ödəmək lazımdır. Ralliyə yalnız ən eksklüziv və güclü avtomobillər buraxılır.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR 22.05.2013

Şərhlər


AD