Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner McLaren MP4-12C-nin tizeri ilə bölüşdü

Məşhur “Vorsteiner” atelyesi britaniya superkarı “McLaren MP4-12C” üçün hazırlanmış tüninq-paketin tzerini buraxıb. Avtomobilin təzə şəkili banın arxa tərəfi üçün hazırlanmış staylinq-paketin detalları ilə tanış olmağa imkan verir. Tünerlər avtomobilin sahiblərinə aerodinamik asmanın yeni hissələrindən başqa, eksklüziv dizaynlı təkər diskləri və texniki içliyin apqreydi üçün detallar təklif edəcəklər.

Banın aerodinamik keyfiyyətlərini yaxşıladırmaq və kupenin eksteryerini fərdiləşdirmək məqsədi ilə “Vorsteiner” dizaynerləri yeni qabaq bamper, nazik yan ətəklər, başqa formalı arxa bamper və arxaya spoyler hazırladılar. Yeddiqabırğalı diffuzor arxa oxda təzyiq gücünü xeyli azaltmağa imkan verir. Karbon lifindən hazırlanmmış bodi-kit, həmçinin sportkarın yüklənmiş çəkisini aşağı salmağa kömək edir. Avtomobilin çəkisini azaltmağa kömək edən daha bir aspekt yeni disklərdir.

“Vorsteiner” atelyesi xarici aksesuarları asılqanın tamamlanması üçün və 625 a.g. olan 3,8-litrlik tvin-turbo V8 mühərrikinin faydalı iş əmsalını yaxşılaşdırmaq üçün detallarla tamamlayacaq.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, Vorsteiner 22.05.2013

Şərhlər


AD