Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M5 opsional paketlə daha da sürətli oldu

Bavariya konserninin “BMW 5” ailəsinə şamil etdiyi feysliftinq əlbəttə ki, bu ailənin ən güclü üzvü olan “М5” idman sedanına da toxundu. Lakin xarici görünüşün bir qədər dartılması ilə “emka” mühərriki daha da güclü etmək imkanı əldə etdi.

“Competition Package BMW M5” opsional paketi ilə o güc cəhətdən əsas rəqiblərindən biri olan – yeni “Mercedes-Benz E 63 AMG”-ə çata, “Audi RS6”-nı isə arxada qoya bildi. Belə paketin sifarişi 4,4-litrlik V8 mühərrikinin gücünü 560-dan 575 a.g.-ə qədər artırmağa imkan verir. O 7-pilləli “DCT” sürət qutusu ilə hərəkətə gəlir.

15 “at” – bu elə də çox deyil, lakin “BMW”-də bildirirlər ki, onlar 100 km/saata sürətlənmə vaxtını bir qədər də tezləşdirə biliblər. İndi sedan bu tapşırığı 4,3 saniyəyə yerinə yetirir. 200 km/saata sürətlənmə də müfaviq olaraq iki dəfə tezləşmişdir. 15 “atdan” başqa paketə daha sərt elementləri olan və 10 mm aşağı düşmüş klirensə malik yenidən işlənmiş asma, modernləşdirilmiş sükan idarəçiliyi və fəal differensial daxildir.

Yenidən işlənməyə stabilizasiya sistemi də daxil olmaqla köməkçi elektronikanın tənzimlənməsi də məruz qalacaq. Belə paketi olan “BMW M5”-də bəzi fərqli xarici əlamətlər də peyda olacaqdır. Misal üçün 20-düymlük nadir təkər diskləri və qara xrom rəngə boyanmış qazburaxma sisteminin borucuqlarını göstərmək olar.

Yenilənmiş “BMW M5”-in qarşıdan gələn yay fəslində Avropa bazarına çıxarılacağı gözlənilir. Bəzi məlumatlara görə rusiyalı dilerlər artıq yeni opsional paketi olan idman sedanına sifarişləri qəbul etməyə başlayıblar. Qeyd etmək lazımdır ki, “Competition Package”-ə daxil olan bütün opsiyalar “BMW M6” ailəsi üçün də əlverişlidir.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5 22.05.2013

Şərhlər


AD