Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M6 Convertible D2 Forged Wheels təkərlərində

Eksklüziv dizaynlı təkər disklərinin istehsalında ixtisaslaşan “D2 Forged Wheels” şirkəti kabriolet “BMW M6 Convertible”-in şəxsləşdirilməsinin sadəliyinə növbəti dəfə əmin olmağa imkan verdi.

Böyük diametrli dəbli təkərlər və bəzi zavod aksesuarları istənilən alıcıya yeni seriya avtomobilini əsl incəsənət əsərinə çevirməyə imkan verəcək və bütün bunlar nisbətən aşağı qiymətə başa gələcək.

Açıq bavariya sportkarı F13 banında “BMW M6” qabaq oxda 22х9,5 düym və arxa oxda 22х11 düym ölçülü müxtəlif enli çökük CV8 diskləri əldə etdi.

Təkərlər qara aksentlərlə (radiator barmaqlığı, qabaq bamperin hava çıxışlarının toru, arxa bamperdəki qoyma, qabaq qanadlardakı dönmə işıqlarının çərçivəsi) və əyləc sisteminin göy supportlar ilə durulaşdırılmış banın narıncı “Sakhir Orange” rəngi ilə əla təzad təşkil edir.

“Ayaqqabı” kimi enli aşağı profilli Vredestein Sessanta şinləri istifadə olunur. Sonda D2 Forged Wheels şirkəti avtomobilin arxa təkərlərinin yanlarında öz firma naxışını qoyub.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, D2 Forged Wheels 16.05.2013

Şərhlər


AD