Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TAG Motorsports tamamlamasında Audi RS5

Amerika atelyesi “TAG Motorsports”-un tünerləri bütün diqqətlərini sportkarın texniki nöqtələrinin mükəmməlləşdirilməsində cəmləyərək “yüklənmiş” kupe “Audi RS5”-i qismən tamamladılar.

Tamamlama nəticəsində asılqan aşağı salındı, güc qurğusunun gücü və səsi yaxşılaşdırıldı, həmçinin daha böyük təkər diskləri quraşdırıldı ki, bunlar başqa təvazökar kosmetik yeniliklərlə uyğunlaşıb alman idman kupesinin fərdi üslubunu nəzərə çarpdırır.

Avtomobilin ağ banı qara aksentlərlə, ADV.1 Wheels şirkətinin 21-düymlük tünd ADV7SL Track Spec təkər diskləri və mavi “Porsche Mexico Blue” rəngdə hazırlanmış əyləc sisteminin supportları ilə təzad yaradır. Təkər disklərinin milləri qara tutqun rəngə, haşıyəsi isə boz “Polished Liquid Smoke” rəngə boyanıb.

Disklər hər iki oxda 295/25 ölçülü, çox məhsuldar Michelin PS2 şinlərinə “bükülüb”. Yol işığı zolağının hündürlüyünü avtomobilin sahibinin iPhone-una quraşdırılmış xüsusi mobil əlavənin köməyi ilə tənzimləmək olar. Avtomobilin asılqanında KW DDC koyloverləri və yeni SPC qolları meydana gəlib. Nəticədə 4,2-litrlik V8 atmosfer mühərrikini AWE Tuning Track Edition Exhaust idman qazçıxma sistemi ilə təchiz ediblər.

AUTO.AZ



teqlər:
Audi, Audi RS5, TAG Motorsports 15.05.2013

Şərhlər


AD