Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Piecha Design-dan Mercedes-Benz CLA GT-R

Təzə dördqapılı kupe “Mercedes-Benz CLA” məşhur tüninq-atelye “Piecha Design” tərəfindən hazırlanmış, yeni satışdansonra tamamlama paketi əldə etdi. Tüninq proqramının avtomobilin banına verdiyi idman və hətta aqressiv xarici görünüşə görə almanlar layihəni “GT-R” adlndırdılar.

Tüninq-paketin nümayişi üçün “CLA250”-nin topdan əvvəlki modifikasiyası seçilib. Onun nümayişi “Tuning World Friedrichshafen” avtomobil sərgisi çərçivəsində keçiriləcək. Alman istehsalçısının yeni modelinin eksteryerinə fərdilik vermək üçün tünerlər idman bodi-kiti hazırlayıblar.

Onun sayəsində banın aerodinamikası da yaxşılaşır. Aerodinamik asma üç hava çıxışı, splitterli aşağı dodağı və yanlarda bağlanmaları olan mürəkkəb qabaq bamper, qabaq qanadlardakı təkər yarımhalqaları genişləndiriciləri, astanaların bəndləri, böyük diffuzoru olan şəkildəyişmiş arxa bamper, yük yerinin qapağındakı spoyler və arxa şüşənin üstündəki deflektordan ibarətdir.

“Mercedes-Benz CLA GT-R” “Piecha Design” şirkətindən həmçinin işıqdiodlu hərəkət işıqları, qazçıxma borusunun dörd 90-millimetrlik qolu, aşağı profilli şinləri olan dəbli disklər və aşağı salınmış asılqan əldə etdi.

AUTO.AZ



Şərhlər


AD