Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes C-Class Misha Designs-dan yeni asmada

“Misha Designs” tüninq atelyesi kompakt sedan “Mercedes-Benz C-Class” üçün yeni staylinq paket hazırladı. Yeni ban asmasının və əlavə aksesuarların, həmçinin bəzi cüzi texniki yeniliklərin köməyi ilə tüner adi seriya modelini “yüklənmiş” “C63 AMG Black Series” modeli kimi üslublaşdırmağı təklif edir.

Şəxsiləşdirmə proqramı sifarış üçün əlverişlidir və istehsalçının verdiyi məlumata görə qiyməti dörd rəqəmli məbləğdən başlayır. Özünə hava çıxışlarının üç böyük dəliyi, daha geniş təkər yarımhalqaları ilə dəst yan ətəklər, dörd qabırğalı diffuzoru olan şəkildəyişmiş arxa bamper və biri arxa şüşənin üstündə yerləşən.

İkincisi isə yük yeri qapağının qırağını tamamlayan bir cüt kiçik spoyler daxil edən aqressiv aerodinamik asmanın meydana gəlməsi sayəsində avtomobilin xarici görünüşü daha da idman üslubunda görünür.

Avtomobilin yeni üslubunu tamamlamağa kömək edən final ştrixlər – torlu radiator barmaqlığı, qara dam, ventilyasiya olunan kapot və qazçıxma sisteminin dörd qara ucluğudur.

Qısa yaylar və qabaqdan 235/35, arxadan isə 275/30 ölçülü aşağı profilli Continental Extreme Contact şinlərinə “bürünmüş” 19-düymlük qara disklər sayəsində yol işığı zolağının hündürlüyünü aşağı salmaq mümkün olub.

AUTO.AZ



Şərhlər


AD