Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Volkswagen Passat. Artıq sentyabrda

Bu ilin sentyabr ayında Frankfurt avtosalonunda yeni nəsil “Volkswagen Passat” göstərilə bilər. Alman nəşriyyatı AutoBild-in verdiyi məlumata görə, yeni avtomobil indiki “Passat”-dan çox böyük olacaq, təchizat səviyyəsi də çox böyüyəcək. Bu “Passat”-ın tədricən “Phaeton”-u bazardan çıxartması deməkdir? Ola bilər, sonuncu avtomobilə olan tələbat çox da yaxşı deyil, “Passat” isə öz seqmentində ən populyar modellərdən biri olaraq qalır.

“Passat”-ın dizaynında inqilabi dəyişikliklər gözləməyə dəyməz. Lakin görünür ki, almanlar öz avtomobillərinin xarici görünüşünü ciddi surətdə təkmilləşdirməli olacaqlar. Texniki dəyişikliklər də çox olacaq. Beləliklə “Passat”-ı təkcə ənənəvi benzin və dizel mühərrikləri ilə deyil, həmçinin hibrid güc qurğusu ilə (düzdür, onun haqqında hələ heç bir məlumat yoxdur) buraxmağa başlayacaqlar. Bundan başqa, “Passat”-da yeni iki muftalı DSG sürət qutusu da meydana gəlməlidir. İlkin məlumatlara görə, o bir dəfəyə 10 ötürücü əldə edəcək.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat 11.05.2013

Şərhlər


AD