Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen “yüklənmiş” Amarok təqdim edəcək

Volkswagen” şirkəti “Wörthersee” tüninq-festivalına yüz kilometri 7,9 saniyəyə yığa bilən “idman” pikapı “Amarok”-u gətirəcək. Yenilik daimi tam ötürücü sistemi və 272 a.g. və 600 Nm fırlanma anı verən üçlitrlik altısilindrli turbodizel ilə təchiz olunacaq. Mühərrik səkkizpilləli avtomatik sürət qutusu ilə aqreqatlaşdırılacaq.

Bundan başqa, ən sürətli “Amarok” 80 mm aşağı salınmış asılqan və karbon elementləri olan aerodinamik asma, 60 mm genişləndirilmiş təkər yarımhalqaları (avtomobilin qabarit eni 2,22 metrə çatır), yeni bamperlər və “ətəklər”, arxa diffuzor əldə edəcək. Pikap həmçinin işıqdiodlu işıq texikası, 295/35 ölçülü idman şinləri olan 22-düymlük təkər diskləri ilə təchiz olunacaq.

Yeniliyin salonunda qara dəri ilə tikilmiş idman oturacaqları quraşdırılıb, karbon və alüminium tərtibat elementləri, başqa sükan dairəsi və 500-vattlıq sabvuferi olan güclü audiosistem meydana gəlib.

AUTO.AZ.



teqlər:
Volkswagen, Volkswagen Amarok 10.05.2013

Şərhlər


AD