Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Seat hetçbek Ibiza SC Trophy-nin sirrini açdı

Cari ayın sonunda Avstriyada keçiriləcək “Wörthersee” sərgisində “Seat” şirkətinin daha bir yeniliyi hetçbek “Ibiza SC Trophy” olacaq. Bu versiya İtaliya və İspaniyada “Seat Ibiza” mononkubokunda iştirak edə biləcək.

Belə avtomobil seriya modelindən yalnız bir neçə texniki və kosmetik yeniliklərlə fərqlənəcək. Heç bir lazımi vergi ödənilmədən “Seat Ibiza SC Trophy”-nin qiyməti 31 500 avro (41 300 dollar) olacaq.

Üçqapılı hetçbek faydalı iş əmsalı 180-dan 200 a.g.-dək artmış, 1,4-litrlik dördsilindrli TSI mühərriki ilə təchiz olunmuşdur. Güc qurğusu sükanaltı ləçəklərlə və mexaniki differensialla təchiz olunmuş robotlaşdırılmış DSG transmissiyası ilə birgə işləyir.

Başqa texniki yeniliklərin arasından modifikasiya olunmuş yağ altlığı və gücləndirilmiş əyləcləri seçmək olar. Xaricdən avtomobil parlaq narıncı 18 düymlük disklərə, yedəkləmə ilmələrinə, kapotda və yük yerində xarici kilidlərə, yüngülləşdirilmiş arxa şüşələrə və damın sonunda spoylerə malikdir.

Daxildə boruşəkilli təhlükəsizlik karkası, yarış oturacağı, yüngül karbon qoymalar, alkantaradan idman sükanı və rəqəmsal cihaz lövhəsi görmək olar.

AUTO.AZ



teqlər:
Seat, SEAT Ibiza, Ibiza SC Trophy 09.05.2013

Şərhlər


AD