Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VW Golf-u 503 a.g. olan V6 ilə təchiz etdi

Volkswagen” şirkəti 503 a.g. olan V6 mühərriki əldə etmiş yeddinci nəsil hetçbek “Golf GTI”-nin konseptual yarış variantı haqqında rəsmi məlumat yaydı. Avtomobilin dünya premyerası mayın 8-i, çərşənbə günü açılan “Wörthersee” Avstriya tüninq-festivalında keçiriləcək. Trek hot-hetçinin qabarit uzunluğu 4253 mm, eni 1870 mm, hündürlüyü isə 1385 mm-dir. Beləliklə, prototip standart “Golf GTI”-dən 15 mm qısa, 71 mm enli və 57 mm alçaq alınıb. Avtomobilin qabaq və arxa izi 57 və 63 mm artıb müvafiq olaraq – 1595 və 1579 mm.

Yarış hetçbeki tam ötürücü və bilavasitə yanacaq yeridilməsi və iki turbini olan üçlitrlik altısilindrli mühərrik əldə etdi. Aqreqatın maksimal fırlanma anı 560 Nm-dir və dəqiqədə 4000-dən 6000-dək dönmə intervalında əlverişlidir. Beləliklə 500 Nm artıq dəqiqədə 2000 dəfə dövr etdikdə əldə olunur. Mühərrik iki muftası olan robotlaşdırılmış DSG sürət qutusu ilə birgə işləyir.

Yenilik sıfırdan “yüzə” 3,9 saniyəyə sürət yığır. Maksimal sürət – 300 km/saatdır. Bundan başqa hot-hetçi qabaq oxda 380-mm-lik, arxa oxda isə 356-mm-lik karbon-keramik diskləri olan güclü əyləc mexanizmləri ilə təchiz ediblər. Təkər diskləri – qabaqda 235/35, arxada isə 275/30 ölçülü şinləri olan 20-düymlük disklərdir.

Əvvəlcədən verilən məlumata görə, prototip markanın ilk “yüklənmiş” hetçbekinin meydana gəlməsinin 40-illik yubileyi üçün düzəldilmiş “Qolfun” xüsusi versiyasının sələfi ola bilər. Həmçinin o gələcək seriyalı trek modifikasiyasının xarici görünüşünə də işarə edə bilər. Bundan əvvəlki “yubiley üçün hazırlanmış” “Golf GTI — Edition 35” bir az tamamlanmış xarici görünüşə və şassiyə, həmçinin 235 a.g. olan turbomühərrikə (baza modeli 210 a.g. olan mühərrikə malik idi) malik idi.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf, Golf GTI 09.05.2013

Şərhlər


AD