Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi böyük yolsuzluq avtomobili buraxacaq

Audi” şirkəti alıcılar üçün “Range Rover Sport”-la mübarizə aparacaq “Q8” adlı böyük yolsuzluq avtomobilinin hazırlandığını təsdiq etdi. Bu barədə Autocar-a “Audi”-nin tədqiqat və yeni layihələr şöbəsinin rəhbəri Volfqanq Dürhaymer məlumat verib.

Yenilik gələcək nəsil “Audi Q7”, “Porsche Cayenne” və “Volkswagen Touareg” üçün də istifadəsi planlaşdırılan MLB modular platformasının uzadılmış versiyasında düzəldiləcək. Gələcəkdə bu şassi “Bentley” və “Lamborghini” yolsuzluq avtomobillərində də peyda olacaq. “Q8” modeli ölçülərinə görə “Q7”-dən böyük olacaq, maili dam səthi əldə edəcək və flaqman avtomobili “A8”-in yolsuzluq avtomobili variantı kimi mövqe tutacaq.

Əvvəllər verilən məlumata görə, kontruksiyasında alüminiumdan geniş istifadə olunmuş “Audi Q8” təxminən 2,3 ton gələn “Q7”-dən 300 kq yüngül olacaq. Mühərrik qammasında – altı və səkkizsilindrli benzin və dizellə işləyən mühərriklər olacaq. Hibrid modifikasiyasının və 550 a.g.-lü aqreqatı olan “yüklənmiş” RS-versiyanın da meydana gəlməsi istisna olunmur.

İlkin məlumatlara görə, ən böyük “Audi” yolsuzluq avtomobili satışda üç-dörd ildən sonra meydana gələcək.

AUTO.AZ



teqlər:
Audi, Audi Q8 03.05.2013

Şərhlər


AD