Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto-dan Lamborghini Gallardo Project Limitless

Məşhur Kanada tüneri “SR Auto Group” bu yaxınlarda superkar “Lamborghini Gallardo”-nun satışdansonrakı yüngül köklənməsini başa çatdırdı. Sadə kosmetik tamamlanma “Project Limitless” ləqəbli avtomobilə başqa detallar olmadan da maksimum eksklüzivlik və fərdilik verən yeni təkər diskləri gətirdi.

Yeni təkər dəstindən əlavə avtomobil tünd tutqun ban rəngi və əlavə dəbli aksesuarlara malikdir. Superkar inamla qabaq oxda 19х8,5 düym, arxa oxda isə 19х11 düym ölçülü müxtəlif enli, çoxmilli disklərin üstündə dayanıb.

Bu 10-milli disklər “Giallo Tenerife” limon boyası ilə örtülüb ki, bu da boz tutqun ban, durulaşdırılmış qara ust (dam və dayaqlar), həmçinin karbon hissələrlə (qabaq bamperin splitteri, yan ətəklər, arxa görünüş güzgülərinin korpusları, arxa bamperin diffuzoru və mühərrik bölməsinin qapağının spoyleri) çox effektli və ifadəli təzad təşkil edir.

Enli aşağı profilli Yokohama Advan AD08 Neova şinləri yer səthi ilə etibarlı bağlanmaya təminat verir.

AUTO.AZ



Şərhlər


AD