Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lada avtomobilləri yeni mühərrik əldə edəcək

Volqa avtozavodu öz müştərilərini sevindirməyə tələsir. Artıq  may ayından “Lada” avtomobillərinə mövcud 1,6 litrlik mühərrikin mükəmməlləşmiş – və daha güclü – versiyasını quraşdıracaqlar.

“AvtoVaz”-ın təmsilçilərinin sözlərinə görə cari ilin mayında “Lada” avtomobillərinə “Vaz-21127” nişanlı yeni mühərrik qoyacaqlar. “АвтоСреда”-nın Vladımır Bokka şirkətinin mexanizm quraşdırma istehsalının direktoruna istinadən verdiyi məlumata görə, Tolyattidə yeni mühərriklərin quraşdırılması artıq başlanıb.

Yeni mühərrik artıq məşhur mühərrik “Vaz- 21126”-nın tamamlanmış versiyasıdır. Zavodda bildirdilər ki, - “Güc 98-dən 106 a.g.-dək artıb, maksimal fırlanma anı 145-dən 148 Nm-dək çoxalıb, bununla belə aşağı dövriyyədə fırlanma anı 10% artıb, yəni dəqiqədə 1000-dən 2500-dək dövr diapazonundadır.

Yeni parametrlərə yanacaq sərfinin artması olmadan nail olunub”. İyun ayından yeni güc qurğusunu “Lada Granta” və “Lada Priora” modellərinə qoyacaqlar.

AUTO.AZ



teqlər:
Lada, Lada Priora, Lada Granta 01.05.2013

Şərhlər


AD