Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lotus, 1 mln. avro dəyəri olan avtomobil buraxacaq

Britaniya idman avtomobillərinin istehsalçısı Lotus, xüsusi versiya Exos Type 125 modelini təqdim edir. Avtomobil “formula” stilində hazırlanıb və limitli sayda, 25 nümunə tirajında istehsal olunacaq. Qeyri-rəsmi məlumata görə avtomobil 1 mln. avro dəyərində olacaq.

Lotus Exos Type 125-in mühərrik bölməsində, 3.5 litr həcmli, 650 a.g. olan, V obrazlı, səkkizsilindirli Cosworth mühərriki durur. Avtomobilin salonunda “Formula-1” yarış bolidlərində olduğu kimi yarıavtomatik sürət qutusu quraşdırılıb. Bundan başqa, Exos Type 125-in sükanı məlumatlandırıcı ekranla təchiz olunub.

Avtomobilin çəkisi karbon plastik monokokunun hesabına 650 kq-dır, asma da, həmin materialdan və keramik əyləclərdən ibarətdir. Avtomobil, markanın özünəməxsus açıq rəngində, o cümlədən sarı və yaşıl rənglərdə də olacaq.

Lotus Exos Type 125 sahibi olan hər bir kəsə bonus olaraq ekstremal sürüş dərsi Mika Hakkinen və ya Yarno Trulli tərəfindən şəxsən veriləcək. Superkarın ilk 10 nümunəsi 2011-ci ilin yazında sahiblərinə çatdırılacaq, qalan 15-i isə elə həmin ilin yay fəsilində sahiblərinə təhvil veriləcək.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Lotus, Lotus Exos Type 125 10.08.2010

Şərhlər


AD