Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Ghost yenilənməyə hazırlaşır

Rolls-Royce” şirkəti “Ghost” sedanının yüngül feysliftinqini keçirməyə hazırlaşır. Yenilənmiş avtomobil artıq sınaq zamanı nəzərə çarpıb. Bu barədə Worldcarfans məlumat verir.

Şəkillərdən göründüyü kimi premial avtomobilin xarici görünüşü çox az dəyişikliyə məruz qalıb. Buna baxmayaraq, “Rolls-Royce Ghost” baş işığının fərqli fənərlərini, fərqli arxa görünüş güzgüləri, başqa bamper əldə etdi, həmçinin qazçıxma sisteminin görünən borularından məhrum oldu. Aşağıda iki “Rolls-Royce Ghost”-u müqayisə edin: yuxarıda restaylinq olunmuş versiya, aşağıda isə - əvvəlki modeldir.

Yəqin ki, avtomobilin kapotunun altında hər şey dəyişikliksiz qalacaq – “Ghost”-a əvvəlki kimi 570 a.g. və 780 Nm fırlanma anı verən 6,6-litrlik V12 quraşdıracaqlar. Lakin güc qurğusunun gücünün bir az artırılması istisna olunmur. Yenilənmiş “Rolls-Royce Ghost”-un prezentasiyası 2013-cü ilin payızında Frankfurt avtosalonunda keçiriləcək.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Ghost 29.04.2013

Şərhlər


AD