Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz CLA: universal da olacaq

“Daimler” şirkəti mövcud modelin daha bir versiyasını buraxmaqla öz kompakt sırasını genişləndirəcək. Bu barədə “What Car?” nəşriyyatına “Mercedes-Benz”-in baş dizayneri Qordon Vaqener məlumat vermişdir.

Söhbət “universal” banında da buraxılacaq qabaqötürücülü “Mercedes-Benz CLA”-dən gedir. Vaqenerin sözlərinə görə o ölçüləri kiçildilmiş “CLS Shooting Brake”-i xatırladacaq. “CLA – axı 4-qapılı kupedir, bəs nəyə görə onu universal etməyək?”, deyə Vaqener qeyd etmişdir.

“CLA” universalı eyni adlı sedana, A-klass hetçbekinə və Şanxayda təqdim edilmiş “GLA” krossoverinə qoşularaq kompaktların vahid sırasını təşkil edəcək. İdman modellərinin və A-klass kabrioletinin meydana gəlməsi barədə şayiələri isə Vaqenet təkzib etdi. “Bizə belə sportkar lazım deyil, axı bazar aşağı düşür”, deyə o, bildirib.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLA 25.04.2013

Şərhlər


AD